Lö Hashim Edu - marketinq • brendinq • strategiya

@lehashimedu

Tək gücümüz bilgimizdir 💙 @le.hashim 🎯31 May | Lö Başla Marafonu ☕️ 7 İyun 11:00 | Lö Netvörkinq İştirak üçün aşağıdakı formu doldurmağınız vacibdir👇
Followers
522
Following
5
Account Insight
Score
22.95%
Index
Health Rate
%
Users Ratio
104:1
Weeks posts
7-ci Lö Netvörkinq səhər yeməyi görüşündə iştirak edən şəxslər kimlərdir və görüşlə bağlı nə düşünür? 20 şəxsin iştirak etdiyi, səhər yeməyi süfrəsi arxasında sosiallaşdığı bu xüsusi görüşdə 7 fərqli sahədə çalışan şəxsin fikrini sizinlə bölüşəcəyik. İlk iştirakçımız Second Cup kofeşoplar şəbəkəsinin kiçik marketinq mütəxəssisi eyni zamanda, instaqramda büdcə dostu səyahət məzmunları yaradan @gularmiles səhifəsinin yaradıcısı Gular Humbatdir.
30 4
17 hours ago
Uzun aradan sonra 7-ci dəfə “Lö Netvörkinq” dedik! ❤️ Bəli, “Lö Netvörkinq” sadəcə görüş deyil, rahat və səmimi mühitdə yeni dostluqlara atılan ilk addımdır. Bu görüşə hər kəs qatıla bilmir və qatılanlar adətən bütünlüklə özü olanlardır. Ona görə də səmimi və rahat mühit yaranır. Burada görüşdən qısa anları izləyirsiniz. Gedişatı və baş verənləri isə sadəcə gələnlər görür, hiss edir, ancaq yaxın günlərdə #LöNetvörkinq səhər yeməyi görüşünə qatılan şəxslər bu barədə nə düşünür izləyə biləcəksiniz 💙 Məkan: @centralbakuaz #lehashim #lehashimedu #səhəryeməyi #netvörkinq
45 33
2 days ago
“Bu yenilik mənə gəlməyib” deyənlər videoda bildirdiyim 5 məqama diqqət edərək instaqrama gələn yenilikləri sürətli test edə, faydalana bilər. İnstaqram yeniliklərini hər profil üçün fərqli vaxtlarda əlçatan edir. Ancaq burada dediklərimə əməl etmək prossesi sürətləndirə bilər. Sondakı mətni birbaşa sizə göndərməyimizi istəyirsinizsə, şərhdə “mesaj” yaza bilərsiniz. #lehashim #lehashimedu #oldusağolun
46 3
22 days ago
Havalar isinir, bu o deməkdir ki, sosiallaşmağın, yeni tanışlıqların, dostluqların, isti söhbətlərin tam vaxtıdır. Uzun fasilədən sonra 10 May, bazar günü səhər yeməyində görüşürük! 🕺🏻 Lö Netvörkinq səhər yeməyi görüşünə qeydiyyatdan keçmək üçün bizə yaza və ya birbaşa bioqrafiyadakı linkə daxil ola bilərsiniz ❤️
123 22
24 days ago
“İşi görməkdən işi paylaşmağa vaxt olmur” cümləsi isə mənə aiddir 😬 Vaxt edib son aylar keçirdiyim konsultasiyalardan bəzi problemləri və görüntüləri sizinlə paylaşdım. Konsultasiyaları online və offline formada keçirirəm. Canlı konsultasiyaya yazılsanız kofe içməyin, çünki burada ləzzətli kofe üçün minimum 7 saniyə əlavə ayırıram 😅 Və bəli, konsultasiya xidməti göstərirəm. Bu barədə intensiv paylaşım etmirəm deyə hələ də “konsultasiya edirsinizmi?” sualını verənlər olur, ancaq artıq 4 ildən uzun müddətdir ki, biznes sahiblərinə, bloq yaradıcılığı ilə məşğul olanlara, marketinq sahəsində çalışmaq istəyənlərə, eyni zamanda fərqli peşələr üzrə fəaliyyət göstərən və şəxsi brendinqini formalaşdırmağa çalışan insanlara fərdi konsultasiyalar edirəm. Əslində detallı məlumatlar və xidmətlərimdən faydalanan şəxslərin bir qisminin rəyləri lehashim.com saytında yerləşdirilib. Sizə maraqlı olarsa, ora göz gəzdirə və suallarınız yaranarsa, mənimlə əlaqə saxlaya bilərsiniz 🫰 #lehashim #oldusağolun #konsultasiya
413 39
1 month ago
Əziz, @le.hashim , doğum günün mübarək! 1/4 komandası sənə yeni yaşında daha çox uğur və sevinc dolu anlar arzu edir.💙 #4de1agency #dörddəbir #dörddəbiragency #dorddebir #dorddebiragentliyi #xatiredefteri
277 32
7 months ago
Brendin çata biləcəyi ən qəşəng yer “sevilən brend” olmaqdır ❤️ Bunun üçün müəyyən qaydalar və diqqət ediləcək nüanslar var. Biz sevilən brend olmaq üçün 7 üsulu sizinlə paylaşırıq. Oxumaq üçün barmağınızı sola sürüşdürməyiniz kifayətdir. Sevilmək mövzusunda əmin olmaq çətindir, ancaq sevdiklərimizdə əmin ola bilərik. Maraqlıdır, sizin sevdiyiniz brendlər (influenserlər) hansılardır (kimlərdir)? 🤔 Məqalənin tam versiyası üçün saytına keçid edə bilərsiniz 💙 #lehashim #löhashim #löfaydalı #lösaytdan #marketing
55 2
1 year ago
6-cı “Lö Başla” marafonuna qeydiyyat başladı! 💥 Disiplini və davamlı məzmun yaratmağı vərdiş halına gətirmək istəyən şəxslər bu marafona müraciət edə bilər. Mükəmməlliyin və yüksək gözləntilərin yaratdığı hərəkətsizliyi hərəkətə çevirməyin tam vaxtıdır! Səhifənizə və işlərinizə baharı gətirmək üçün üç fərqli paketdən sizə uyğun olanı seçə və elə indi müraciət edə bilərsiniz 💙 Qeydiyyat üçün son tarix: 10.03.2025 Marafonun başlayacağı tarix: 15.03.2025 Ətraflı məlumat və müraciət üçün saytına daxil ola və ya şərhdə isdiyiniz rəng ürəyi bölüşə bilərsiniz ❤️ #oldusağolun #lehashim #konsultasiya #təlim #marketinq #marafon
73 25
1 year ago
#LöNetvörkinq görüşünə qatılanlar nə düşünür? 🤔 Video: @samabairamova Məkan: @why.baku Növbəti görüş 26 Yanvar tarixində reallaşacaq. Müraciət üçün bioqrafiya hissəsindəki linkə daxil ola və müraciət formunu doldura bilərsiniz 💙 #oldusağolun #lehashim #löhashim #lehashimedu
52 0
1 year ago
İlin birinci təlimini reallaşdırdıq! 💙 4-cü dəfə “Gəl Nişanlanaq” dedik və təlimdə brendləşməyin əhəmiyyətindən, üsullarından və necə edilməsindəm danışdıq. Üstəlik, sadəcə danışmaqla qalmadıq, praktika ilə öyrəndiklərimizi dərinləşdirdik, “Yol Xəritəsi” hazırladıq. Növbəti təlimlərdən öncədən xəbərdar olmaq üçün @lehashimedu səhifəsini izləyə, bildirişlərimizi aça bilərsiniz. ❤️ #lehashim #löhashim #gəlnişanlanaqtəlimi #brendinqtəlimi #oldusağolun
37 1
1 year ago
2025-ci ilə “Gəl Nişanlanaq” təlimi ilə başlayırıq! 💍 Daha öncə 3 dəfə keçirdiyim bu təlimdə brendləşməyin əhəmiyyətindən, üsullarından və necə edilməsindəm danışacağıq. Sadəcə danışmaqla qalmayacaq, eyni zamanda praktika ilə öyrəndiklərimizi bərkidəcəyik. Ən əsası, “Gəl Nişanlanaq” təlimində iştirak edənlər elə təlimdəcə “Yol Xəritəsi” hazırlaya biləcəklər. Bu isə o deməkdir ki, təlim ilə planlı başlamaq üçün ideal fürsətdir. İnanıram ki, “Gəl Nişanlanaq” təliminə qoşulanlar növbəti 11 ayda bu təlimdə öyrəndiklərini tətbiq edərək həm ənənəvi, həm də rəqəmsal mediada özünü daha doğru tanıdacaq, brendləşməklə bağlı irəliyə doğru yol qət edəcəklər 💙 Saat: 20:00 Tarix: 09.01.2025 Müddət: 180 dəqiqə (3 saat) Format: Online Ödəniş: 89₼ 31 Dekabr 00:00 tarixinədək qeydiyyaydan keçənlərə 31% güzəşt olacaq. Bu isə o deməkdir növbəti ilə bu il yatırım edənlər, yəni 2025-ci ilədək qeydiyyatdan keçənlər sadəcə 61₼ ödəniş edəcək. Təlimlə bağlı daha ətraflı məlumat üçün barmağınızı sola sürüşdürə, qeydiyyatdan keçmək üçün bioqrafiya hissəsindəki “Gəl Nişanlanaq” formunu doldura bilərsiniz. #lehashim #löhashim #gəlnişanlanaqtəlimi #brendinqtəlimi
71 3
1 year ago
“Yeni ilin ilk ayını özümüzə, inkişafımıza ayıraq” dedik və ilin son elanı, həmçinin yaxşı xəbəri ilə gəldik. Beləki, 2025-ci ilin ikinci həftəsi (9 Yanvar) 4-cü dəfə “Gəl Nişanlanaq” təlimini keçirəcəyik 💍 Bu təlimdə iştirak edənlər brendləşməklə bağlı bir çox suallarına cavab tapacaq, “Yol Xəritəsi” hazırlayacaqlar. ✨12 Yanvar tarixində isə 5-ci dəfə “Lö Netvörkinq” görüşündə ləzzətli səhər yeməyi yeyəcək, yeni insanlarla sosiallaşacaq, əlaqələr quracağıq. 🪢 19 Yanvar tarixində isə 3 həftəlik “Lö Başla” marafonuna 6-cı dəfə “biz başladıq” deyəcəyik. Həftənin hər gününü dəyərləndirib aktiv paylaşımlar edəcək, kəşfetə düşən postlarımızı bir-birimizə göndərəcəyik. Əgər siz də növbəti ilə yaxşı, məqsədlərinizə doğru addım ataraq başlamaq istəyirsinizsə, bu təklifləri dəyərləndirə bilərsiniz. Bu ilin son, növbəti ilin ilk yatırımını özünüzə etmək üçün sadəcə 31 Dekabr 00:00 tarixinədək qeydiyyatdan keçənlərə 31% güzəşt olacaq. Güzəşt hər üç xidmət üçün də keçərlidir. Ön qeydiyyat üçün @lehashimedu səhifəsinin bioqrafiya hissəsindən linkə keçid edərək müraciət formunu doldura bilərsiniz 💙 Xüsusi qeyd: Hər üç görüşdə sadəcə formu dolduran şəxslərin arasından seçilənlər iştirak edə bilir və yerlər limitli saydadır. #lehashim #löhashim #lönetvörkinq #löbaşla #gəlnişanlanaqtəlimi
38 0
1 year ago