Sizdə də olur elə?
Hansısa işi görürsünüz, çox bəyənirsiniz, “əladır” deyirsiniz və fonda, beyninizin içində “kaş bu mənim də ağlıma gəlirdi” səslənir.
Dəsti-xəttimə, dəyərlərimə, maraqlarıma uyğun cümlə, fikir, ideya, vizual, kampaniya, sual, jest və strategiya görəndə bəzən beynimin içində o səs dalğalanır “kaş bu mənim də ağlıma gələrdi”. Həsəd deyil, qısqanclıq da demək olmaz, ancaq onu edə biləcəyimə inanıb indiyə qədər etmədiyim, ağlıma gəlmədiyi üçün yüngülcə təəssüf hissi keçirməkdir. Mənim böyüməyim, öyrənməyim, mümkündürü görməyim bir çox halda belə olub. Təqdir etmək, niyə və nəyi bəyəndiyimi (təqdir etdiyimi) müşahidə etmək, edə biləcəyimə inanmaq və növbəti dəfə fərqli formada, öz dəsti-xəttimlə etmək.
@lesfillesdacote.paris -in sifarişi ilə
@mccann_paris agentliyinin yaratdığı bu işi görəndə çox sevindim. “Əla iş görüblər, nə bomba ideyadır” dedim. Və bu dəfə beynimdəki səs “nə qəşəngdir, dünyanın fərqli yerlərində, fərqli agentliklərində, eyni mövzuya, fərqli, ancaq oxşar pəncərələrdən baxan insanlar var” dedi.
Şadam ki, ənənəvi marketinqdən rəqəmsal marketinqə uzanan 11 illik bu yolda indi öz agentliyimizdə,
@4.1agency -də üzümdə təbəssüm yaradan işlər görmək, inandığım fikirlərin arxasınca getmək, özümü reallaşdırmaq fürsətim olur.
#lehashim #marketinq #4de1agency #oldusağolun