Kitablarla dolu rəngarəng bir festival sizi gözləyir! 📚✨
13–17 may tarixlərində keçiriləcək V Uşaq Kitab Festivalında biz də iştirak edirik! 🥳
Balaca kitabsevərləri maraqlı kitablar, əyləncəli fəaliyyətlər və unudulmaz anlarla dolu festival ab-havasında görməyə şad olarıq. 💫
📍 Bakı İdman Sarayı
🕙 10:00 – 20:00
Gəlin, birlikdə #kitablaböyüyək ❤️
Kitablar insanın həm ən sakit dostu, həm də ən güclü müəllimidir.
Onlar bizi başqa həyatlara aparır, fərqli düşünməyə vadar edir və ən əsası, daxilimizi zənginləşdirir.
Bu gün özünə bir neçə dəqiqə ayır, telefonunu kənara qoy və bir kitabın dünyasına qarış… 🤍
Qanun Nəşriyyatının təşkilatçılığı ilə Libraff Park Akademiyada Xalq yazıçısı Aqil Abbasın “Rəmiş” kitabına həsr olunmuş xüsusi tədbir keçirilib.
Tədbirdə müəllifin yaradıcılığı, kitabın ideyası və Azərbaycanın unudulmaz gitara ustası Rəmişin sənət yolu haqqında geniş müzakirələr aparılıb. Çıxış edənlər “Rəmiş” kitabının yalnız bir sənətkarın həyat hekayəsi deyil, həm də Azərbaycan musiqi və mədəniyyət tarixinin mühüm bir parçası olduğunu vurğulayıblar.
Görüş zamanı oxucular Aqil Abbasla birbaşa ünsiyyət qurmaq, kitab haqqında fikirlərini bölüşmək və müəllifin imzalı nüsxələrini əldə etmək imkanı qazanıblar. Tədbir boyunca səmimi atmosfer, ədəbiyyat və musiqi sevgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Rəmiş” kitabı özündə bir dövrün ruhunu, sənətin insan həyatındakı yerini və unudulmayan xatirələri yaşadır. Qanun Nəşriyyatı tərəfindən təşkil olunan bu görüş bir daha göstərdi ki, ədəbiyyat insanları bir araya gətirən ən güclü körpülərdən biridir. 📚✨
Dünya bestsellerlərinin müəllifi Dan Brown bu dəfə də oxucularını tarix, simvollar, qədim sirlər və nəfəs kəsən hadisələrlə dolu bir macəraya dəvət edir. Romanın mərkəzində yenə məşhur professor Robert Lenqdon dayanır və onu gözləyən yeni tapmacalar hər səhifədə həyəcanı daha da artırır. 🔍
Kitabın hər detalında sirr, qədim biliklər, gizli işarələr və insan düşüncəsini heyrətləndirən faktlar bir araya gəlir. Oxuduqca hadisələrin içində itir, hər ipucunu birlikdə çözmək istəyirsiniz. Əgər siz də intellektual detektivlərə, sürətli süjet xəttinə və gözlənilməz sonluqlara üstünlük verirsinizsə, bu kitab mütləq oxu siyahınızda olmalıdır. 📖
✨ Niyə oxumalısınız?
— Gərgin və axıcı süjet
— Tarix və mistikanın möhtəşəm vəhdəti
— Simvollar və şifrələrlə dolu maraqlı tapmacalar
— Robert Lenqdonun yeni macərası
— Son səhifəyə qədər davam edən həyəcan
Bəzən bir sirr bütün həqiqətləri dəyişə bilər…
Sizcə, ən böyük sirr nədir? 👁️🗝️
Müasir Azərbaycan ədəbiyyatının yeni səsləri ilə tanış olmağa hazırsınız? 📚✨
Fərqli üslublar, fərqli hekayələr, unudulmaz obrazlar…
Hər biri sizi başqa bir dünyanın içinə aparacaq müasir romanlar artıq oxucularını gözləyir.
Müasir ədəbiyyatımızı birlikdə kəşf edək! 🤎
Balaca kitabsevərləri maraqlı kitablar, əyləncəli fəaliyyətlər və unudulmaz anlarla dolu festival ab-havasında görməyə şad olarıq. 💫
📍 Bakı İdman Sarayı
🕙 10:00 – 20:00
Gəlin, birlikdə #kitablaböyüyək ❤️
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Elçinin doğum günüdür.
“Baş”, “Mahmud və Məryəm” kimi dəyərli əsərləri ilə oxucuların yaddaşında silinməz iz buraxan müəllif, yaradıcılığında insan talelərini, tariximizi və milli dəyərlərimizi böyük ustalıqla qələmə alıb.
Elçinin əsərləri yalnız bir dövrü deyil, insan ruhunun dərinliklərini də əks etdirir. Onun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının ən qiymətli səhifələrindən biri olaraq yaşayır.
Doğum günündə böyük yazıçını ehtiramla yad edirik. 📚