Baku Fashion Week 2026–2027 Payız/Qış mövsümündə bizimlə olan media tərəfdaşlarımıza və bu layihəyə könüllü olaraq qoşulan hər kəsə təşəkkür edirik.
Media tərəfdaşlarımız — Baku Magazine, NARGIS Magazine və MOST — bu tədbirin səsini daha geniş auditoriyaya çatdıraraq, regionun moda hekayəsini dünyaya təqdim etməyə dəstək oldular.
Eyni zamanda, bu prosesə könüllü olaraq qoşulan hər bir iştirakçı layihənin ayrılmaz parçasına çevrildi. Sizin enerjiniz, məsuliyyətiniz və dəstəyiniz bu səhnənin görünməyən, amma ən dəyərli tərəfidir.
Baku Fashion Week 2026–2027 Payız/Qış mövsümü uğurla başa çatdı.
Bu mövsümdə ölkənin ən uğurlu influencerlərindən biri olan Nigar Kalbiyeva @moji.boo rəsmi səfir kimi elan olundu. O, regionun moda dilini formalaşdıran və onu qlobal auditoriya ilə əlaqələndirən yeni nəslin nümayəndəsidir.
“Bu layihə region üçün yeni moda kimliyinin necə formalaşdığını əks etdirir. Mənim üçün yerli kodu qlobal kontekstlə birləşdirən bir prosesin parçası olmaq önəmlidir,” — deyə o bildirir.
Tədbir 1–3 may tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında baş tutdu və moda dünyasının diqqətini bir daha Bakıya yönəltdi.
Moda sadəcə podium deyil — bu, düzgün qurulmuş sistem, güclü komanda və düşünülmüş detalların nəticəsidir.
Baku Fashion Week 2026–2027 Payız/Qış mövsümünün reallaşmasında bizimlə olan bütün sponsorlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik.
Bu layihə yalnız səhnədə gördüyünüz görüntülərdən ibarət deyil — onun arxasında güclü dəstək, düzgün əməkdaşlıqlar və ortaq vizyon dayanır.
Hər bir tərəfdaşın bu prosesdə rolu böyükdür. Sizin dəstəyinizlə bu platforma daha da böyüyür, regionun moda sənayesi isə qlobal səviyyəyə doğru inkişaf edir.
Baku Fashion Academy -dan sizə məktub var!
Dedilər ki, Azərbaycanda moda təhsilinin yeni bir erasına ehtiyac var… biz də onu yaratmağa qərar verdik.
Baku Fashion Academy daha güclü, daha fərqli və daha eksklüziv şəkildə geri qayıdır.
Moda dünyasının yeni nəsli burada formalaşacaq.
Modepoint vizyonu altında bu sadəcə bir kurs olmayacaq.
Bu, moda sənayesinə aid olan insanlar üçün yaradılmış peşəkar bir mühit olacaq.
Yeni proqramlar.
Yeni mentorlar.
Yeni standartlar.
Yeni enerji.
Və bu sadəcə başlanğıcdır.
İndi isə yeni bir səhifə açılır.
______
У вас письмо от Baku Fashion Academy!
Говорили, что модному образованию в Азербайджане нужна новая эра… и мы решили её создать.
Baku Fashion Academy возвращается — сильнее, смелее и эксклюзивнее, чем когда-либо.Именно здесь будет формироваться новое поколение мира моды.
Под видением Modepoint это будет не просто курс.Это профессиональная среда, созданная для тех, кто действительно хочет стать частью fashion-индустрии.
Новые программы.Новые менторы.Новые стандарты.Новая энергия.
И это только начало.
Сейчас открывается новая страница.
📍 Bünyad Sardarov 14
📞 +994 10 205 50 05
MODECAST-in növbəti qonağı — @tunzalea
Səhnədə 25 il… amma hər zaman fərqli.
Xalq artisti Tünzalə Ağayeva — musiqi ilə yanaşı, obraz, stil və vizual dili ilə seçilən nadir sənətçilərdəndir. Onun hər çıxışı — düşünülmüş bir look, hər obrazı — bir mesajdır. Moda ilə iç-içə olan bu yanaşma onu sadəcə müğənni yox, həm də stil ikonuna çevirir.
Bu dəfə MODECAST-də @moji.boo ilə birlikdə səhnə arxası qərarlar, stil seçimi və illərlə formalaşan şəxsi brend haqqında danışacayıq.
Podcastin tam bölümü rəsmi Youtube səhifəmizdə✨
Arxiv: @alny.archives
Tərəfdaşlar:
@uventaofficial@bakufashionweek.az@modepoint.az@bakufashionacademy
MODECAST-in növbəti qonağı — @tunzalea
Səhnədə 25 il… amma hər zaman fərqli.
Xalq artisti Tünzalə Ağayeva — musiqi ilə yanaşı, obraz, stil və vizual dili ilə seçilən nadir sənətçilərdəndir. Onun hər çıxışı — düşünülmüş bir look, hər obrazı — bir mesajdır. Moda ilə iç-içə olan bu yanaşma onu sadəcə müğənni yox, həm də stil ikonuna çevirir.
Bu dəfə MODECAST-də — səhnə arxası qərarlar, stil seçimi və illərlə formalaşan şəxsi brend haqqında danışacayıq.
Tərəfdaşlar:
@uventaofficial@bakufashionweek.az@modepoint.az@bakufashionacademy
MODECAST-in yeni buraxılışında aparıcı @moji.boo və qonaq @elnurhasanov_
Bu epizodda Elnurun fashion və kreativ sahədəki karyera yolu, sektorda qazandığı təcrübə və özünəməxsus baxış bucağı müzakirə olunur. Nigarın sualları ilə onun uğur hekayəsinin arxa planını və bu sahəyə necə daxil olduğunu daha yaxından tanıyırıq. Moda və yaradıcılıq dünyasına marağı olanlar üçün həm informativ, həm də ilhamverici bir söhbətdir. Qaçırmayın!
18:00 Rəsmi Youtube səhifəmizdən izləyə bilərsiniz!
Tərəfdaşlar:
@modepoint.az@uventaofficial@bakufashionweek.az@bakufashionacademy
MODECAST-in yeni buraxılışında aparıcı @moji.boo və qonaq @elnurhasanov_
Bu epizodda Elnurun fashion və kreativ sahədəki karyera yolu, sektorda qazandığı təcrübə və özünəməxsus baxış bucağı müzakirə olunur. Nigarın sualları ilə onun uğur hekayəsinin arxa planını və bu sahəyə necə daxil olduğunu daha yaxından tanıyırıq. Moda və yaradıcılıq dünyasına marağı olanlar üçün həm informativ, həm də ilhamverici bir söhbətdir. Qaçırmayın!
Siz də Elnur bəyə sual vermək istəyirsiniz? Kommentlərdə suallarınızı yazın — ən maraqlıları növbəti buraxılışda səsləndiriləcəyik!
Tərəfdaşlar:
@modepoint.az@uventaofficial@bakufashionweek.az@bakufashionacademy
MODECAST | Episode 1
Modepoint olaraq yeni layihəmiz MODECAST-in ilk bölümünü təqdim edirik. Aparıcı @moji.boo , ilk qonağımız @musayeva__gunay
Bu epizodda moda dünyasının real və arxa plan tərəflərindən danışılır — model karyerası, beynəlxalq səviyyəyə çıxma yolları, kəşf olunma prosesi və bugünkü fashion sənayesinin iç üzü. Günay Musayeva modellər üçün tövsiyələrini, dünya miqyasında tanınma yolunu, Azərbaycanda keçirilən model müsabiqələrinə baxışını, fashion show təcrübələrini, lifestyle seçimlərini, seçdiyi brendləri və moda ilə şəxsi həyatına dair düşüncələrini bölüşür.
Bu gün saat 18:00-da YouTube kanalımızda yayımlanacaq. İzləməyi unutmayın — MODECAST yeni başlayır.
Tərəfdaşlar:
@modepoint.az@uventaofficial@bakufashionacademy@bakufashionweek.az
MODECAST-in ilk qonağı — @musayeva__gunay
Moda dünyasında özünü təsdiqləmiş, illərlə səhnədə və kamera qarşısında güclü obrazı ilə seçilən bir sima. Model olaraq başladığı yoldan şəxsi brendə çevrilən, stil və imici ilə daim diqqət mərkəzində olan Günay Musayeva — təkcə görünüşü ilə deyil, xarakteri və seçimləri ilə də danışılan adlardan biridir.
Bu dəfə onu fərqli tərəfdən görəcəksiniz. Kamera arxasında qalan düşüncələr, qərarlar və həyatına yön verən məqamlar — hamısı MODECAST-də.
Qonağımız üçün hansı suallarınız var?
Tərəfdaşlar:
@modepoint.az@uventaofficial@bakufashionacademy@bakufashionweek.az
Modaya, kimliyə və bizi formalaşdıran mədəniyyətə olan sevgi ilə.
Modepoint olaraq yeni layihəmizi təqdim edirik — MODECAST.
Moda sadəcə görünüş deyil. Bu, düşüncə tərzi, kimlik və mədəniyyətin kəsişdiyi nöqtədir. MODECAST isə @moji.boo ilə birlikdə bu dünyanı yaradan və formalaşdıran simaları bir araya gətirir.
Çox tezliklə — ilk qonaqlar, ilk hekayələr, ilk baxış bucaqları.
İzlə, çünki bu sadəcə başlanğıcdır.
MODECAST — modanın düşüncə, mədəniyyət və kimliklə qovuşduğu yer.
Tərəfdaşlar:
@modepoint.az@uventaofficial@bakufashionacademy@bakufashionweek.az
Modepoint Production olaraq @uventaofficial üçün 6 fərqli qadın obrazını əks etdirən xüsusi bir çəkiliş həyata keçirdik. Hər look öz xarakteri, enerjisi və hekayəsi ilə formalaşdırıldı — sadəcə geyim deyil, tam bir vizual konsept yaradıldı.
Bu layihədə məqsədimiz sadəcə kolleksiyanı göstərmək yox, hər bir obraz vasitəsilə qadın gücünü və fərqliliyini hiss etdirmək idi.
Əgər sən də brendin üçün fərqli, yadda qalan və estetik content istəyirsənsə —
bizimlə əlaqə saxla.
📩 Production / Creative direction / Fashion shoots