Bu giləmeyvələr (qırmızı moruq, sarı moruq, böyürtkən, qarağatlar) Rusiyada atamın kiçik həyətində özü yetişdirdiyi meyvələrdir. Hal-hazırda Lemon poppy seeds berry cake-də hər gün istifadə edirik. Ümid edirik, bəyənirsiniz🍋🟩
1. Keçən əsrə aid hərbi stullar
3. Latundan kəsilmiş hərflərimiz, natural materialların harmoniyası
4. Şam qozası ilə rəsmimizin üzərinə rəsmlər qoyarkən
5. Keçən əsrə aid komodin
6-7. Qoz ağacından hazırlanmış taburetlər və stolumuz
Dəyərli müştərilərimiz, martın 13-də Neftçilər pr. 71 ünvanında kafemizin Bakı filialı fəaliyyətə başlayır. Kafe bir müddət test rejimində çalışacaq, martın 15-dən etibarən isə desertlərimizi vitrində görə biləcəksiniz.
Artıq bir çoxunuz hazırlıq prosesində hansı çətinliklərlə qarşıldığımızı bilirsiniz, bu səbəbdən bəzi çatışmazlıqlarımızla (məsələn çatışmayan stol, stullarla) sizləri də gözlətmədən başlamağa qərar verdik, ümid edirik bunu anlayışla qarşılayacaqsınız, bu boşluqları doldurmağa bizə zaman tanıyacaqsınız. Biz də sizin kimi sizlə görüşməyə səbirsizləndiyimiz üçün daha artıq uzatmamaq istədik.