Bu dəfəki paylaşım həm sevindirib, həm də kövrəldə bilər.. Köhnə dostumuz Maykın bir reaksiya videosu daha!!🔥 Bu dəfəki hədəf isə
@dedebabamusic qrupudur!! 🎸
Sözün açığı bu videonu sona saxlamışdım və uzun müddətdir paylaşım etmədiyim üçün, qərar verdim ki bugün sizi sevindirməyin vaxtı gəlib çatdı.. Amma bu dəfəki reaksiya videosu sonuncudur..
Zarafat deyil.. Amerikanın çox da tanınmasa da, amma bizim üçün (
@_ali.taghizade və mən)) tanınmışlardan heç də geri qalmayan və pop-pankın incilərindən olan möhtəşəm
“Next to Nothing” qrupunun üzvü Mayk Hoben, indiyə kimi Azərbaycan qruplarının mahnılarını dinləyib öz fikirlərini bizimlə bölüşdü.. Hansı ki, bunun nə dərəcədə olma ehtimalı var idi? Amma bu artıq neçənci dəfədir ki baş verir və reallıqdır🔥
Mənim işim isə bunu sizinlə paylaşıb sizi də ilhamlandırmaq idi! Bu təşəbbüs üçün əlbəttə ki
@_ali.taghizade -yə də böyük təşəkkür düşür!!
Məqsədimiz gənc və həvəskar pank rokerləri ilhamlandırıb onlar ilə təcrübələrimizi, biliklərimizi paylaşmaqdır! Bu mövzuda istər dəstək, istər sualları olan həmişə bizə müraciət edə bilər!..
Dediyim kimi bu video artıq Maykın son reaksiya videosudur, bəlkə bir gün yenə görüşsək nəsə çəkmək olar.. Ən azından Mayk Azərbaycana gəlsə düşünürəm onu tanıyanlar mütləq olacaq!!!🔥
🎵 DədəBaba - Molotov kotleti
@dedebabamusic sizin üçün də, düşünürəm maraqlı hədiyyə olacaq 🎁 Xoş izləmələr!!!👋🏻
#Dedebaba #NextToNothing #SkatePunk #PunkRockAZ #SkateVibes #AltMusic #IndiePunk #PunkScene #SkateCulture #DIYPunk #AlternativeBand #PunkAttitude #SkateLife #UndergroundSound #EnergeticPunk